Dağıstanda “Ka-226” tipli helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər həyatını itirib.
Musavat.com xəbər verir ki, “Mash” kanalının yaydığı videoda helikopterin idarəetməni itirdiyi, daha sonra pirsa çırpılaraq parçalara ayrıldığı görünür.
Hazırda hadisə yerində xilasedicilər çalışır, qəzanın səbəbi araşdırılır.
Musavat.com