AZ

Vahid Qədimlə bağlı iddialardan sonra ara qarışdı – 3 il həbs…

Noyabrın 6-da meyxanaçı Vahid Qədim haqqında yayılan xəbər cəmiyyətdə geniş rezonans doğurub. Rusiyada sevgilisini bıçaqladığı deyilən sənətçi yazılanları təkzib edib. Məhz bu məlumatdan sonra saxta informasiyalarla bağlı sosial şəbəkələrdə müzakirələr başlayıb. Bildirilir ki, xüsusilə məşhurlar haqda qeyd olunanlar ictimaiyyətdə narahatlıq yaradır, necə deyərlər aranı qarışdırır.

Belə halların qarşısını almaq və məsuliyyət daşıyanları cəzalandırmaq mümkündürmü? 

Globalinfo.az-a danışan vəkil Sadiq Əfəndiyev deyib ki, istər xəbər saytları, istər sosial şəbəkələrdə şəxsin şərəf və ləyaqətini alçaldan, nüfuzunu zədələyən, nalayiq formada təhqir edən məlumatların yayılması cinayət məsuliyyəti yaradır:

“Cinayət Məcəlləsinin 147, 148 və 148-1-ci maddələrində belə hallarla bağlı məsuliyyət nəzərdə tutulur. Bunun konkret maddə üzrə müəyyən edilməsi yayılan məlumatın məzmunundan asılıdır. Əgər şəxsin şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan və ya ağır cinayətdə ittiham edən yalan məlumatlar yer alırsa, bu, 147-ci maddəyə, yəni böhtan atma cinayətinə daxil olur. Həmin maddəyə əsasən, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atan şəxs iki ilədək islah işləri, üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. 148-ci maddə isə təhqir hallarını əhatə edir. Belə ki, kütləvi çıxışlarda, mediada və ya internetdə şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmaq 1000 manatdan 1500 manatadək cərimə, 240-480 saat ictimai iş, bir ilədək islah işləri və ya altı ayadək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 148-1-ci maddə isə internet informasiya ehtiyatlarında saxta istifadəçi adları, profillər və ya hesablar vasitəsilə böhtan və ya təhqir etmə hallarını tənzimləyir. Bu halda məsuliyyət 1000-2000 manat cərimə, 360-480 saat ictimai iş, iki ilədək islah işləri və ya bir ilədək azadlıqdan məhrumetmə şəklində müəyyən edilir”.

Vahid

Sadiq Əfəndiyev

Vəkil qeyd edib ki, Vahid Qədim haqqında yayılan, guya onun sevgilisini bıçaqlaması barədə məlumatlar isə açıq şəkildə böhtan xarakteri daşıyır:

“Sözügedən məlumatlarda o, ağır cinayətdə ittiham olunur. Bu da meyxanaçının şərəf və ləyaqətini ləkələyir, nüfuzunu zədələyir. Əgər bu yalan məlumatlar saxta sosial şəbəkə hesabları vasitəsilə yayılıbsa, həmin şəxslər Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə, əgər doğru profillər vasitəsilə yayılıbsa, 147.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilə bilərlər”.

Seçilən
6
1
editor.az

2Mənbələr