AZ

Pakistanın baş nazirindən Zəfər Günü ilə bağlı paylaşım

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi və xalqı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

"Unikal" xəbər verir ki, bununla bağlı Məhəmməd Şahbaz Şərif özünün "X" hesabında paylaşım edib.

"Azərbaycan Prezidentinə və xalqına tarixi Vətən Müharibəsində qazandıqları qələbənin 5-ci ildönümü münasibətilə səmimi təbriklərimi çatdırıram.

Bakının möhtəşəm Zəfər Paradını, Azərbaycanın cəsarətini və birliyini nümayiş etdirən bu mərasimi izləmək mənim üçün şərəf oldu", - Pakistanın baş naziri yazıb.

O, Pakistan Ordusunun kontingentinin Azərbaycan və Türkiyə qüvvələri ilə birlikdə addımlamasını görməkdən qürur duyduğunu ifadə edib.

"Zəfər Paradından sonra əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğanla görüşməkdən məmnunam. Tarixi, dərin köklərə malik olan qardaşlıq əlaqələrimizin genişləndirilməsi barədə çox səmərəli müzakirə apardıq", - baş nazir qeyd edib.

Seçilən
42
2
unikal.az

4Mənbələr