AZ

İki NATO ölkəsi Lukoil un zavodlarını Trampın sanksiyalarından qorumağa çalışır Politico

ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rumıniya və Bolqarıstan ərazilərində yerləşən, rusiyanın "Lukoil" neft şirkətinə məxsus zavodları ABŞ sanksiyalarından qorumağa çalışır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" yazır.

Nəşrin məlumatına görə, "Lukoil" və "Rosneft" şirkətlərinə qarşı ABŞ sanksiyaları 21 noyabrda qüvvəyə minəcək. Bu şirkətlərin müəssisələri Aİ ölkələrində fəaliyyət göstərdiyindən, həmin dövlətlər həmin tarixədək zavodları sanksiya təsirindən çıxarmağa cəhd edirlər.

Cümə günü Bolqarıstan parlamenti "Lukoil"in Burqas şəhərindəki neft emalı zavodunun dövlət nəzarətinə götürülməsini nəzərdə tutan qanun qəbul edib. Yeni qanun hökumətə zavodu idarə etmək üçün geniş səlahiyyətlər verir və zəruri hallarda onun milliləşdirilməsinə də imkan tanıyır – əsas məqsəd ölkənin yanacaq təchizatını dayandırmadan davam etdirməkdir.

Eyni zamanda, Rumıniya da öz ərazisindəki "Lukoil" zavodu ilə bağlı oxşar problemlərlə üzləşib. "Politico"nun mənbələrinə görə, Buxarest həmin müəssisənin müvəqqəti olaraq sanksiya siyahısından çıxarılması imkanını nəzərdən keçirir. Ən son tədbir kimi isə zavodun milliləşdirilməsi ehtimalı müzakirə olunur.

"Politico" qeyd edir ki, nəzəri cəhətdən dövlət idarəçiliyinə verilmiş zavodlar üçün sanksiya istisnası almaq mümkündür. Lakin vəziyyətin özü Avropa üçün narahatedicidir. Məsələn, Bolqarıstandakı rus zavodu ölkənin yanacaq tələbatının 80 faizini ödəyir və onun fəaliyyəti dayandırılarsa, bu, yerli iqtisadiyyat üçün ciddi fəsadlar yaradacaq.

Rumıniyadakı rus zavodu isə ölkə yanacağının təxminən 20 faizini təmin edir. Onun dayanması daxili bazarda qiymət artımına və yanacaq çatışmazlığına səbəb ola bilər. Enerji bazarı analitiki Ana Otiliya Nutsu bildirir ki, bu vəziyyət xüsusilə Moldovanı ağır təsirləndirəcək, çünki həmin zavod Moldova bazarına da yanacaq tədarük edir: "Əgər Moldova bundan ciddi zərər görsə, bu, Rusiya üçün böyük bir təbliğat fürsətinə çevriləcək".

Xatırladaq ki, daha əvvəl "Lukoil" şirkətinə məxsus Finlandiyadakı yanacaqdoldurma məntəqələri ABŞ-ın yeni sanksiyalarına görə yanacaq tədarükünü dayandırmışdı. Bu şəbəkə ölkədəki bütün AİS-lərin təxminən 20 faizini təşkil edirdi. Həmçinin bildirilmişdi ki, ABŞ-ın "Lukoil" və "Rosneft" kimi rus neft nəhənglərinə qarşı tətbiq etdiyi sanksiyalar fonunda Çin neft emalı zavodları da Rusiya neftindən imtina etməyə başlayıb. Analitiklərin qiymətləndirməsinə görə, Rusiyanın Çinə neft ixracı 45 faizədək azala bilər.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
1
qaynarinfo.az

2Mənbələr