AZ

“Qarabağ”ın hücumçusuna “Böyük beşlik” klubundan təklif gəldi - SON DƏQİQƏ

Millinin və «Qarabağ»ın hücumçusu Nəriman Axundzadəyə yeni təklif gəlib. Bu barədə Ağdam klubundan saytımıza son dəqiqə məlumatı daxil olub. Redaksiyamıza verilən informasiyaya görə, gənc forvard Avropadan yeni dəvət alıb. Ad açıqlanmasa da, bildirilib ki, Axundzadə ilə yaxından maraqlanan komanda «Böyük beşlik» təmsilçisidir. Ortabab statuslu klubun rəhbərliyi menecerlər vasitəsilə artıq hərəkətə keçib: həm səbəbkarın özüylə, həm də «Qarabağ» tərəfiylə əlaqə saxlayıb. Onlar «köhlən atlar»la sözləşməsi 2027-ci ilin yayında başa çatacaq ön xətt oyunçusunun şərtləri, həm də təzminatın məbləğiylə bağlı bilgilər alıblar.

SPORTİNFO.AZ

Seçilən
45
1
sportinfo.az

2Mənbələr