AZ

Rusiyadan İrana yola düşən ilk yük qatarı limana çatdı

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Rusiyadan İrana yola düşən ilk yük qatarı Qazaxıstan və Türkmənistan ərazisindən tranzit keçməklə İranın paytaxtının "Aprin" quru limanına çatıb.Oxu.Az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.Qeyd olunur ki, yük kağız, sellüloz və digər kağız məhsullarından ibarət 62 ədəd qırx futluq dəniz konteynerindən ibarətdir.Malların son təyinat məntəqələri İranın müxtəlif bölgələri və İraqdır. Agentliyin bildirdiyinə görə, qatar İranın İncə-Borun şəhəri yaxınlığında İran və Türkmənistan arasındakı sərhədi keçib və 12 gün ərzində Tehrana çatıb.Qeyd olunur ki, bu addım təkcə İranla Rusiya arasında ticarət münasibətlərinin gücləndirilməsində ən vacib addımlardan biri deyil, həm də İran, Rusiya və qonşu Mərkəzi Asiya ölkələri arasında müntəzəm qatar hərəkətinin başlanğıcı olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
1
demokrat.az

2Mənbələr