AZ

Rusiya ordusu könüllülər və jurnalistlərin olduğu avtomobili vurdu - VİDEO

Ukraynanın Donetsk vilayətində, Konstantinivka şəhəri yaxınlığında Rusiya ordusu könüllülər və jurnalistlərin olduğu avtomobili dronla hədəfə alıb.

Musavat.com xəbər verir ki, hadisə nəticəsində avtomobil tamamilə məhv edilib. Bununla belə, xoşbəxtlikdən ölən olmayıb. Bu barədə ukraynalı jurnalist Andrey Tsaplienko məlumat verib.

Avtomobildə Avstriyanın ORF telekanalının müxbiri Kristian Verşyuts da olub. Onun sözlərinə görə, dron vaxtında müşahidə edildiyi üçün bütün sərnişinlər avtomobili tərk edə biliblər.

Verşyuts qeyd edib ki, maşın tamamilə yanıb və bərpa olunması mümkün deyil.  

 

Musavat.com

Seçilən
40
2
musavat.com

3Mənbələr