AZ

Süleyman İsmayılzadə İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazandı

Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında uğur qazanıb.

90deqiqe.Az xəbər verir ki, idmançımız 1500 metr məsafəyə sərbəst üsulla üzmə yarışında üçüncü nəticə göstərərək bürünc medalın sahibi olub.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı müxtəlif idman növləri üzrə 179 idmançı təmsil edir. Yarışlarda ümumilikdə 57 ölkənin atletləri 23 növdə medallar uğrunda mübarizə aparır.

Seçilən
21
90deqiqe.az

1Mənbələr