AZ

Romada azərbaycanlı qadın itkin düşüb

Romada azərbaycanlı Quliyev Sona Cəmil qızı itkin düşüb.

XəzərNews.az xəbər verir ki, məlumatı Avropa Azərbaycanlıları səhifəsi yayıb.

Məlumata görə, Sona Quliyeva 3 noyabr gecəsi Bakıdan Romaya uçub. O, Roma hava limanına enəndən sonra sosial şəbəkədə “Romaya çatdım” sözləri ilə video paylaşaraq yaxınlarına xəbər verib. Bundan sonra isə onunla heç bir əlaqə saxlamaq mümkün olmayıb.

Artıq 6 gündür ki, ailəsi və dostları ondan xəbər ala bilmir. Nə zənglərə, nə də mesajlara cavab verir. Telefonuna da zəng çatmır. Məlumata görə, o, səyahət məqsədi ilə Romaya gedib və yanında böyük məbləğdə pul və mobil telefon olub.

Yaxınları bildirir ki, məsələ ilə bağlı Azərbaycanın İtaliyadakı səfirliyinə müraciət edilib, lakin hazırda Bakıda bayram günləri olduğuna görə dövlət qurumlarının fəaliyyəti məhduddur.

Sona Quliyevanı Romada görən və ya onun haqqında hər hansı məlumatı olan şəxslərdən dərhal ailə üzvləri ilə əlaqə saxlamaqları xahiş olunur. Onun boyu təxminən 165 sm, çəkisi 50 kq, arıq bədən quruluşludur.

Ailəsi və dostları qeyd edir ki, Romada yaşayan və kömək edə biləcək hər kəsin dəstəyinə ehtiyac var.

Xəbər 4 dəfə oxunub.
Seçilən
31
xezernews.az

1Mənbələr