AZ

Küçədə qətl yetirilən Ayşənin üç övlad var imiş TƏFƏRRÜATLAR

Metbuat portalından verilən məlumata əsasən, ain.az bildirir.

31 yaşlı qadın küçənin ortasında bıçaqla qətlə yetirilib.

Metbuat.az xəbər verir ki, hadisə Gəncənin Gülüstan qəsəbəsində - İsrafil bəy Yadigarzadə küçəsində baş verib. Şəhər sakini, 31 yaşlı Ayşən Sadıxova küçənin ortasında övladı ilə birgə gedərkən çoxsaylı bıçaq zərbələrinə məruz qalıb.

Yaxınlarının sözlərinə görə, ailə kişinin başqa qadınla qeyri-rəsmi əlaqələrinə görə dağılıb. Ancaq keçmiş əri ayrılmalarına baxmayaraq, uzun müddətdir ki, Ayşən Sadıxovanı izləyir və təhdid edirmiş.

3 uşaq anası olan 31 yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı, 42 yaşlı Ramin Alıyev saxlanılıb. Hadisə ilə bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
16
metbuat.az

10Mənbələr