AZ

Laçında Zəfər Gününə həsr olunan atəşfəşanlıq olub

Laçın, 8 noyabr, Aydın Yavərzadə AZƏRTAC

Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində noyabrın 8-də Laçın rayonunda “Zəfərin Səsi – Laçın 2025” adlı konsert proqramı təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, proqram yüksək bayram ovqatı ilə yadda qalıb. Xalq və əməkdar artistlərinin, estrada ulduzlarının iştirakı ilə möhtəşəm konsert proqramı nümayiş etdirilib. Səslənən vətənpərvərlik ruhlu mahnılar və rəqs nömrələri tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb. Gecənin sonunda Laçın şəhərinin Seyrəngah ərazisində atəşfəşanlıq şousu təqdim edilib.

Seçilən
59
4
azertag.az

5Mənbələr