BAKI, 8 noyabr. TELEQRAF
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Ərhürman Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü ilə əlaqədar təbrik məktubu ünvanlayıb.
Teleqraf xəbər verir ki,Tufan Erhürman təbrikində bildirib:
“Dost Azərbaycan xalqına sülh, firavanlıq və xoşbəxtlik arzulayıram. Mən ürəkdən inanıram ki, ölkələrimiz arasında qarşılıqlı həmrəylik və əməkdaşlıq körpüləri bundan sonra da möhkəmlənəcək”.