AZ

Laçında Zəfər Günü ilə bağlı silsilə tədbirlər təşkil olunub

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş "Zəfərin səsi – Laçın 2025" adlı tədbir keçirilib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, sakinlər, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, "Laçın Abadlıq Xidməti" ASC-nin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Dövlət Bayrağı Meydanından başlayan tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri açan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib ki, azadlıq və bütövlük uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi xalqımız tərəfindən daim dərin ehtiramla yad olunur.

Rəsmi hissədən sonra tədbir Heydər Əliyev küçəsində ağacəkmə aksiyası ilə davam edib. Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Laçında "Gənclərin Zəfər turniri" də keçirilib.

Zəfər Gününün yekununda möhtəşəm atəşfəşanlıq olub

Seçilən
28
1
missiya.az

10Mənbələr