AZ

Aygün Kazımovadan Zəfər Gününə özəl mahnı Mərd adam

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

40 illik yaradıcılığı ərzində saysız-hesabsız vətənpərvər əsərlərə imza atan Xalq artisti Aygün Kazımova Zəfər Gününün 5 illiyi münasibətilə tamaşaçıların qarşısına yeni bəstə ilə çıxıb.

Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzunum mahnısı “Mərd adam” adlanır.

Bulvarda keçirilən xalq konsertində səhnə alan Pop kraliça bu mahnını ilk dəfə məhz “Zəfər konserti”ndə səsləndirib.

Mahnının sözləri və musiqisi Vüqar Şiriyevə məxsusdur.

“Zəfər konserti”nə xüsusi hazırlaşan Kazımova milli ornamentlərlə bəzədilmiş fərqli səhnə libasında, rəqqasların müşayiəti ilə möhtəşəm çıxış təqdim edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axsam.az_magazine (@axsam.az_magazine)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
axsam.az

1Mənbələr