AZ

Lando Norris Braziliya Qran-Prisinin sıralanma turunda qalib gəlib

“Maklaren” komandasının pilotu Lando Norris Braziliya Qran-Prisinin sıralanma mərhələsində ən sürətli nəticə göstərib.

90deqiqe.Az-ın məlumatına görə, ikinci yeri “Mersedes” pilotu Andrea Kimi Antonelli, üçüncü yeri isə “Ferrari” sürücüsü Şarl Lekler tutub. Norrisin komanda yoldaşı Oskar Piastri dördüncü nəticə ilə yekunlaşdırıb.

“Ferrari”nin yeddiqat dünya çempionu Lüis Hemilton isə yalnız 13-cü pillədə qərarlaşıb. “Red Bull” komandasının dördqat və hazırkı dünya çempionu Maks Ferstappen 16-cı nəticə ilə kifayətlənib və 2021-ci ildən bəri ilk dəfə sıralanma turunun birinci seqmentini keçə bilməyib.

Formula 1. Braziliya Qran-Prisi. Sıralanma turunun nəticələri:

Lando Norris (“Maklaren”) — 1:09.511

Andrea Kimi Antonelli (“Mersedes”) +0.174

Şarl Lekler (“Ferrari”) +0.294

Oskar Piastri (“Maklaren”) +0.375

İsak Hadjar (“Racing Bulls”) +0.420

Corc Rassell (“Mersedes”) +0.431

Liam Lauson (“Racing Bulls”) +0.451

Oliver Berman (“Haas”) +0.466

Pyer Qasli (“Alpin”) +0.491

Niko Hyülkenberq (“Kick-Sauber”) +0.528

Seçilən
113
90deqiqe.az

1Mənbələr