ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Norveç Avropanın Ukraynaya 100 milyard avrodan çox hərbi kreditinin təmin edilməsi üçün 1.7 trilyon avroluq suveren rifah fondunu təqdim etmək imkanını nəzərdən keçirir.
Bu barədə "The Times" yazıb.
Bildirilir ki, bu təklif kəskin maliyyə çatışmazlığı və dondurulmuş Rusiya aktivlərinin hesabına 140 milyon avronun cəlb edilməsi planlarına müqavimət fonunda müzakirə olunur.
Norveçli iqtisadçılar Hovard Halland və Knut Anton Morkun təşəbbüsü artıq ölkə parlamentində dəstəklənib, burada doqquz siyasi partiyadan dördü təklifi bəyənib.
Norveçin Baş naziri Jonas Qar Störe təklifi nəzərdən keçirməyə hazır olduğunu təsdiqləyib və mexanizmlərə dair analitik hesabatın hazırlanmasını tapşırıb. Lakin yekun qərar Aİ ilə məsləhətləşmələrdən sonra qəbul ediləcək.
Aİ Şurasına sədrlik edən Danimarka Norveçin mümkün iştirakını müsbət qiymətləndirib. Baş nazir Mette Frederiksen sözügedən təşəbbüsü alqışlayıb. Müzakirələr cümə günü Brüsseldə danışıqlarda davam etdiriləcək. Burada Aİ Belçikanın dondurulmuş Rusiya aktivlərindən təminat kimi istifadə olunmasına etirazlarını aradan qaldırmağa çalışılacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.