AZ

“Azərbaycan İsrail Ticarət Evi”nin açılması həm də qəlblər arasında bağdır

ain.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İki xalq arasında atılan hər addım təkcə iqtisadi addım deyil bu, sivilizasiyaların ruhunun hərəkətidir. Çünki əsl sərvət mənfəətdən deyil, etimaddan başlanır. “Azərbaycan–İsrail Ticarət Evi”nin açılması təkcə bazarlar arasında körpü deyil, həm də qəlblər arasında bağdır. Bu addım əsrlərlə formalaşmış mənəvi qohumluğun müasir əməkdaşlıq şəklinə çevrilməsinin rəmzidir".Newscenter.az xəbər verir ki, bunları Magen David Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin rəhbəri David Seliverstov Bakıda "Azərbaycan-İsrail Ticarət Evi"nin açılmasını şərh edərkən səsləndirib. O bildirib ki, Azərbaycan və İsrail güclərini birləşdirəndə, onlar sadəcə malları deyil, yaradıcılıq enerjisini mübadilə edirlər:"Azərbaycan bu birliyə Şərqin qədim müdrikliyini, qonaqpərvərliyini və sədaqət gücünü gətirir. İsrail isə zəkasını, innovasiyasını və mükəmməlliyə can atmaq əzmini qatır. Birlikdə onlar sadəcə biznes platforması deyil, qarşılıqlı hörmət fəlsəfəsini yaradırlar. Burada hər razılaşma bir etimad ifadəsi, hər müqavilə isə dostluq rəmzidir".David Seliverstovun sözlərinə görə, tarix göstərir ki, yalnız maraq üzərində qurulan münasibətlər qısamüddətli olur, amma hörmət və mənəvi yaxınlıq üzərində qurulan əlaqələr əsrlər boyu yaşayır:"Bu addım təkcə qazanc üçün deyil, həm də yaddaş və gələcək üçün atılır — iki xalqın bir daha hiss etməsi üçün ki, insan bağlarının dəyəri hər bir müqavilədən daha yüksəkdir. Bəli, hər kəs qazanmaq istəyir-bu, zamanın qanunudur.Amma həqiqi dostlar bilirlər ki, dostluq maliyyədən ucadır, çünki məhz dostluq sərvəti insani edir".Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
1
newscenter.az

2Mənbələr