AZ

Tramp ABŞ-də səhiyyəyə ayrılan vəsaitlərdən danışdı: Məhv edilməlidir

BAKI, 8 noyabr. TELEQRAF

Tramp hökumətin səhiyyəyə ayrılan vəsaitlərini birbaşa vətəndaşlara köçürməyi təklif edib.

Teleqraf xəbər verir ki, o bu barədə sosial media hesabında yazıb.

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ Konqresi ölkənin mövcud tibbi sığorta sistemini dəyişdirməli və bu sahədə xidmətlər üçün büdcə vəsaitlərini böyük şirkətlərə deyil, birbaşa vətəndaşlara yönəltməlidir.

Amerika lideri höküməti böyük sığorta şirkətlərindən pul geri alaraq insanlara verməyi və dünyada "ən pis səhiyyə sistemi" hesab etdiyi "Obamacare"-ni məhv etməyə çağırıb.

Seçilən
30
teleqraf.com

1Mənbələr