AZ

Avropa Rusiyadan qisas alır Makdonald

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

İrlandiyalı jurnalist Brayan MakDonald X sosial şəbəkəsində paylaşımında Avropa İttifaqının xarici işlər naziri Kaya Kallasın Rusiyaya qarşı siyasətini tarixi qisas cəhdi kimi dəyərləndirib.

Globalinfo.az xəbər verir ki, bu barədə İralndiya mətubatı məlumat yayıb. Onun sözlərinə görə, Kallas Rusiyaya qarşı sərt mövqeyini şəxsi və tarixi motivlərlə əlaqələndirir:

“Callas bunun strateji baxımdan şəxsi məqsəd olduğunu başa düşür, lakin o, tarixi şikayətlərə görə qisas almaq istəyinə o qədər aludə olub ki, nəticələrə əhəmiyyət vermir,” – deyə MakDonald qeyd edib.

Jurnalist əlavə edib ki, hazırda paradoksal vəziyyət yaranıb: Rusiya Avropa İttifaqı (Aİ) vətəndaşları üçün giriş qaydalarını yumşaldır, Aİ isə əksinə, ruslar üçün viza rejimini sərtləşdirir. Onun fikrincə, bu, “yeni Dəmir Pərdə”nin formalaşmasına gətirib çıxarır.

Qeyd edək ki, Avropa Komissiyası noyabrın 7-də Rusiya vətəndaşlarına çoxdəfəlik Şengen vizalarının verilməsini dayandırmaq barədə qərar qəbul edib.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
globalinfo.az

1Mənbələr