AZ

Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb VİDEO

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Fevralın 12-si günorta saatlarında Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi ilə üzbəüz yerləşən Gorus rayonunun Xanazax istiqamətindəki Ermənistan silahlı qüvvələrinin mövqelərinə 1 ədəd UAZ-Patriot və 2 ədəd Land-Cruiser-LX markalı nəqliyyat vasitəsi gəlib.

Trend xəbər verir ki, avtomobillərdən enən 3 nəfərin ərazinin müşahidəsi və bölmələrimiz istiqamətində foto-video çəkilişlər apardığı texniki müşahidə vasitələri tərəfindən qeydə alınıb.

Ermənistan tərəfi bu cür "monitorinqlərlə" bölmələrimizin dislokasiya yerləri və döyüş mövqelərimizin yerləşməsi barədə kəşfiyyat məlumatlarını toplamağa çalışır.

Qarşı tərəf Avropa İttifaqının monitorinq missiyasının nümayəndələrindən istifadə etməklə törətdiyi insidentlərlə Ordumuzun şəxsi heyətini provokasiyalara təhrik edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
sherg.az

1Mənbələr