AZ

Avstriya XİN başçısı: Ukraynada sülh güclü təhlükəsizlik zəmanətləri ilə təmin edilməlidir

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avstriya Ukraynada sülhün əldə olunmasını dəstəkləməyə davam edir, bu sülh davamlı olmalı və güclü təhlükəsizlik zəmanətləri ilə təmin edilməlidir.

APA "Ukrinform" portalına istinadən xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Beate Mayl-Rayzinger Vyanada keçirilən 29-cu Avropa Forumunun iştirakçılarına müraciətində deyib.“Rusiyanın təcavüzkar müharibəsi Avropanı köklü şəkildə dəyişdi. Artıq 1 200 gündən çoxdur ki, Ukraynada insanlar əzab çəkir və ölür. Qətllərə son qoymağın vaxtıdır. Buna görə də Rusiya həqiqətən də danışıqlar masasına oturmalıdır. Sülh hərtərəfli, ədalətli və davamlı olmalı, eyni zamanda güclü təhlükəsizlik zəmanətləri ilə möhkəmləndirilməlidir,” – deyə nazir qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
2
apa.az

3Mənbələr