AZ

Zelenskinin həyat yoldaşına sui qəsd cəhdi ilə bağlı xəbərlər yayıldı

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Hərbi müxbir Yuri Kotenok teleqram kanalında Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya qarşı sui-qəsd cəhdi ilə bağlı mediada yayılan məlumatları təkzib edib. 

Globalinfo.az xəbər verir ki, o, bu xəbərlərin saxta olduğunu və faktiki sübutun olmadığını bildirib.

Kotenok yazır ki, sosial şəbəkələrdə “Kiyevdə Zelenskinin arvadına atəş açıldığı” barədə paylaşımlar yayılıb, lakin bu barədə rəsmi və ya təsdiqlənmiş məlumat mövcud deyil.

Onun fikrincə, əgər belə bir sui-qəsd xəbəri ortaya çıxıbsa, bu, Ukrayna hakimiyyəti tərəfindən məqsədli şəkildə təşkil edilə bilər. Müxbir qeyd edib ki, real sui-qəsd cəhdinə dair heç bir dəlil təqdim olunmayıb.

Xatırladaq ki, ilin əvvəlində Zelenski özü də açıqlamışdı — ona və administrasiyasının üzvlərinə qarşı bir neçə dəfə sui-qəsd cəhdi olub, amma onların hamısı uğursuz qalıb.

Bundan başqa, Ukraynada məhkəmə ictimai fəallar Gennadi Beybutyan və Demyan Qanulunu öldürməyə cəhddə təqsirli bilinən Nikolay Mayorenkoya 14 il həbs və əmlakının müsadirəsi ilə bağlı qərar çıxarıb.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
50
globalinfo.az

1Mənbələr