AZ

Ağ Ev Orabanın açıqlamalarını təkzib etdi

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Macarıstanın Rusiya neftinin tədarükü ilə bağlı ABŞ sanksiyalarından azad edilməsi yalnız bir illik müddət üçün qüvvədə olacaq. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinin Ağ Ev rəsmisinə istinadən verdiyi məlumatda qeyd olunub.

Ağ Evin sözçüsü qeyd edib ki, bu imtina müvəqqətidir və Macarıstan həmin müddət ərzində enerji təchizatını diversifikasiya etməyi öhdəsinə götürüb.

Məlumata əsasən, Budapeşt ABŞ-dan təxminən 600 milyon dollar dəyərində mayeləşdirilmiş təbii qaz (LNG) almaq barədə razılığa gəlib.

Bu açıqlama Macarıstan baş naziri Viktor Orbanın ABŞ prezidenti Donald Trampla görüşündən bir gün sonra yayılıb. Orban danışıqlardan sonra bildirmişdi ki, Vaşinqton Macarıstanın “Türk axını” və “Drujba” kəmərləri vasitəsilə Rusiyadan enerji almasına qoyulan sanksiyalardan tamamilə imtina edib və sazişin müddəti qeyri-müəyyən olacaq.

Lakin Ağ Evin mövqeyinə əsasən, bu azadolma yalnız bir illik xarakter daşıyır.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
globalinfo.az

1Mənbələr