İranda milli valyutanın denominasiyası təsdiqlənib.
Publika.az "Azad İran" "Telegram" kanalına istinadən bildirir ki, bununla bağlı Konstitusiyanın İcrasına Nəzarət Şurasının sözçüsü Hadi Tahan Nəzif açıqlama verib.
Nəzif bildirib ki, Şura ölkənin milli valyutasından dörd sıfırın silinməsini təsdiqləyib.
Onun sözlərinə görə, bu dəyişikliklər İran qanunlarına və konstitusiya prinsiplərinə zidd deyil.