AZ

Ukrayna belə dəstəklənməlidir Nazir

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukraynada sülh yolunu dəstəkləməyə davam edirik. Bu sülh dayanıqlı olmalı və güclü təhlükəsizlik zəmanətləri ilə dəstəklənməlidir.

Axar.az xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Beate Maynıl-Rayzinger deyib.

Nazir bildirib ki, Rusiya tərəfindən aparılan aqressiv müharibə Avropanı əsaslı şəkildə dəyişdirib. Ukrayna isə 1200 gündən çoxdur ki, əzab çəkir və itkilər verir.

O, Rusiyanın səmimi şəkildə danışıqlar masasına oturmasının vacibliyini vurğulayaraq sülhün davamlı təhlükəsizlik zəmanətləri ilə dəstəklənməli olduğunu da əlavə edib:

“Ukraynasız Ukraynada sülh, avropalılar olmadan isə Avropada təhlükəsizlik ola bilməz. Avstriya Ukraynanı, o cümlədən Kiyevin Avropa Birliyinə üzv olmaq arzularını dəstəkləməyə davam edəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
axar.az

1Mənbələr