AZ

Aİ Rusiyaya qarşı 20-ci sanksiya paketinin hazırlanmasına başlayıb

Avropa İttifaqı Rusiyaya qarşı növbəti, 20-ci sanksiya paketinin hazırlanmasına start verib.

APA xəbər verir ki bu barədə "Delfi" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, 20-ci sanksiya paketinin hazırlanması məsələsi noyabrın 8-də Litvanın maliyyə naziri Kristupas Vaytekunas ilə Aİ-nin maliyyə xidmətləri və İnvestisiya İttifaqı üzrə komissarı Mariya Luis Albuqerke arasında müzakirə olunub.

Yeni sanksiyalar yalnız Rusiyanı deyil, həm də onun müttəfiqi olan Belarusu da əhatə edəcək.

Xüsusilə, Litva maliyyə naziri Aİ-ni yeni sanksiya paketini formalaşdırarkən Minskə "xüsusi diqqət" ayırmağa çağırıb.

Seçilən
35
apa.az

1Mənbələr