AZ

Azərbaycanın tanınmış simaları Qlobal Jurnalistlər Şurasının mükafatlarına layiq görülüblər

ain.az bildirir, Azertag portalına istinadən.

İstanbul, 9 noyabr, Günel Karatepe, AZƏRTAC

Türkiyədə Qlobal Jurnalistlər Şurasının V Ənənəvi Qlobal Media Görüşünün mükafatlandırma mərasimi keçirilib. Təqdimetmə mərasimində önə çıxan adlar arasında Azərbaycanın tanınmış simaları da var.

AZƏRTAC xəbər verir ki, noyabrın 6-da Antalya vilayətinin Alanya bölgəsində başlayan görüşdə 41 ölkədən 310 jurnalist iştirak edib. Görüş çərçivəsində keçirilən tədbirlərdə şuranın diplomatik missiyasına uyğun tərtib edilmiş geniş proqramla həm milli, həm də beynəlxalq medianın gündəmi nəzərdən keçirilib. Təşkil olunan seminarlar və mükafatlandırma mərasimində isə jurnalistlərlə yanaşı, ölkə daxilindən və xaricindən çox sayda mühüm qonaq iştirak edib.

Şuranın “Media” nominasiyası üzrə mükafatçıları arasında Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid də var. “İncəsənət” nominasiyası üzrə mükafata isə Azərbaycan Respublikasının Xalq artisti Gülyanaq Məmmədova layiq görülüb.

Tədbirdə Türkiyənin nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğluna “İsmayıl Qaspıralı adına Xidmət Mükafatı”, Anadolu Agentliyinin baş direktoru Serdar Karagözə “Jurnalistika”, TÜRKSOY-un baş katibi Sultan Raevə isə “Ədəbiyyat” nominasiyası üzrə mükafatlar verilib.

Mərasimdə jurnalistika sahəsində böyük uğur qazanan şəxslər, milli və beynəlxalq miqyasda önə çıxan media peşəkarları, həmçinin qlobal səviyyədə nailiyyət əldə etmiş dövlət xadimləri, alimlər, idmançılar və incəsənət adamları iştirak ediblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
azertag.az

1Mənbələr