AZ

Mahir 9 turdan sonra meydana çıxdı və zədələndi

style='margin-bottom:10px;'>

Almaniya 2-ci Bundesliqasında 12-ci turun oyunları keçirilir. 

QOL.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin formasını geydiyi “Kayzerslautern” öz meydanında “Herta”nı qəbul edib. 

Mahir də bu görüşün iştirakçısı olub. Matça ehtiyat oyunçular skamyasından başlayan Emreli 63-cü dəqiqədə Daniel Hanslikin əvəzinə meydana çıxıb. Bununla da millimizin hücumçusu 9 turdan sonra forma şansı qazanıb. Emreli sonuncu dəfə 3-cü turda “Elversberq”lə matçda meydana çıxmışdı. Lakin Mahirin qayıdışı uğurlu alınmayıb. O, zədələndiyi üçün 77-ci dəqiqədə Riçmond Taçie ilə əvəzlənib. 

Matç “Kayzerslautern”in 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Komanda hazırda 20 xalla turnir cədvəlində yeddincidir. 

Seçilən
45
1
teleqraf.com

2Mənbələr