AZ

Alla Dudayevadan Azərbaycan xalqına Zəfər Günü təbriki

Musavat.com xəbər verir ki, Çeçenistanın ilk prezidenti, mərhum Cövhər Dudayevin həyat yoldaşı Alla Dudayeva sosial şəbəkədə Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib. O, paylaşımında bildirib ki, Azərbaycan ədalətin və haqlılığın simvolu olaraq öz torpaqlarını işğaldan azad edib və bu qələbə bütün müsəlman dünyası üçün qürur mənbəyidir.

Alla Dudayeva vurğulayıb ki, Cövhər Dudayev çeçen xalqının mübarizə rəmzi olmaqla yanaşı, müsəlman dünyasının qəhrəman övladı kimi yaddaşlarda yaşayır və onun idealları azadlıq, dövlətçilik və milli qürur üzərində qurulub.

O, Azərbaycan xalqına sülh, əmin-amanlıq və davamlı inkişaf arzulayıb.

Musavat.com

Seçilən
42
33
musavat.com

10Mənbələr