AZ

Azərbaycan Qəzzaya ordu göndərmir: rəsmi Bakı səbəbini birbaşa açıqladı

Musavat.com xəbər verir ki, Azərbaycan ABŞ tərəfindən Qəzza zolağı üçün yaradılması təklif olunan beynəlxalq “sabitləşdirmə qüvvəsi”ndə iştirak məsələsinə münasibət bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü “Reuters” agentliyinə açıqlamasında qeyd edib ki, Bakı yalnız İsrail və HƏMAS arasında hərbi əməliyyatlar tam şəkildə dayandırıldıqdan sonra bölgəyə hərbi kontingent göndərməyi nəzərdən keçirə bilər.

“Qəzzada yenidən toqquşmalar riski qaldığı müddətdə Azərbaycan öz hərbçilərini təhlükəyə atmayacaq,” – deyə XİN rəsmisi bildirib.

Bu bəyanat Vaşinqtonun BMT Təhlükəsizlik Şurasına təzyiqi fonunda səslənir. “New York Times” yazır ki, ABŞ təhlükəsizlik şurasında Qəzza üçün 20 min nəfərlik beynəlxalq sabitləşdirmə qüvvəsinin yaradılmasını nəzərdə tutan qətnamənin qəbul edilməsinə çalışır.

Məlumata görə, həmin qüvvəyə Azərbaycan, Pakistan və İndoneziyadan olan bölmələr daxil ola bilər. Qüvvənin fəaliyyətinin İsrail, Misir və Fələstin Muxtariyyəti ilə koordinasiya olunacağı, əsas məqsədin isə atəşkəsin qorunması və humanitar əməliyyatların sabit təmin edilməsi olduğu bildirilir.

Musavat.com

Seçilən
33
musavat.com

1Mənbələr