AZ

Filippində Yeni Tayfun Təhlükəsi: Ölümcül Fırtınadan Sonra Yeni Fəlakət Qapıdadır

Filippində

Filippin, cəmi bir həftə əvvəl ölkəni viran qoyan və ən azı 200 nəfərin həyatına son qoyan fırtınanın təsirindən çıxmamış, indi daha bir dağıdıcı təbiət hadisəsi ilə üz-üzədir“Uvan” adı ilə tanınan Fung Wong tayfununun bazar günü axşam saatlarında Luzon adasına çatacağı və saniyədə 185 km-ə qədər güclənəcək küləklərlə super tayfun statusuna çatacağı proqnozlaşdırılır.Rəsmilər bildirirlər ki, Fung Wong, ötən çərşənbə axşamı ölkəni vuran Kalmaegi tayfunundan daha güclü ola bilər. Filippin meteoroloji xidməti Paqasa xəbərdarlıq edir ki, bu tayfun güclü yağışlar və həyati təhlükə yaradan fırtına dalğaları ilə müşayiət olunacaq. Hazırlıq tədbirləri çərçivəsində bir çox məktəblər bazar ertəsi dərsləri ya ləğv edib, ya da onlayn formada keçirəcək. Filippin Hava Yolları artıq bəzi daxili reysləri təxirə salıb.Tayfunun quruya çıxdıqdan sonra zəifləyəcəyi gözlənilsə də, Luzon üzərində hərəkət etdiyi müddətdə yenə də təhlükəli tayfun statusunda qalacağı qeyd edilir. Ulusum.az xəbər verir ki, Paqasa rəsmiləri şənbə axşamı keçirdikləri brifinqdə bildiriblər ki, artıq ölkənin şərq bölgələrində külək və yağış özünü göstərməyə başlayıb. Xüsusilə Cənubi Luzon sahillərində yerləşən Catanduanes adası birbaşa zərbə ala biləcək ərazilər sırasındadır. Burada və digər alçaq sahilyanı bölgələrdə yaşayan əhalidən fırtına gəlməzdən əvvəl yüksək yerlərə köçmək tələb olunur.Mülki müdafiə rəsmiləri xəbərdarlıq edirlər: Evakuasiyalar ən gec bazar günü səhər tamamlanmalıdır. FilippindəTayfun başladıqdan sonra hərəkət etmək təhlükəlidir və ciddi risklər yarada bilər. Filippin hökuməti və fövqəladə xidmətlər vəziyyəti yaxından izləyir və əhalini təmkinli olmağa, rəsmi xəbərdarlıqlara riayət etməyə çağırır. Ulusum.az / R.İkramlı

Diqqət Çəkənlər

8 Noyabr — Zəfər Günüdür!

Şair-qiraətçi Müşfiqə Baləddin "Atam nə vaxt gələcək?"... VİDEO

Zəfərin Tarixi: 8 Noyabr VİDEO

Seçilən
64
ulusum.az

1Mənbələr