AZ

Türkiyənin İğdır şəhərində Azərbaycanın Zəfər Günü qeyd olunub

ain.az, Azertag saytına istinadən bildirir.

İğdır, 9 noyabr, AZƏRTAC

Türkiyənin İğdır şəhərində Azərbaycanın Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir İğdır vilayəti Valisinin Administrasiyası, Azərbaycanın Qarsdakı Baş Konsulluğu və İğdır Azərbaycan Evi tərəfindən təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə Qarabağ müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycanın tarixi Zəfəri haqqında videoçarx nümayiş etdirilib.

Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev tarixi Zəfərin ölkə və bütövlükdə region üçün əhəmiyyətini vurğulayıb.

Diplomat qeyd edib ki, Azərbaycanın nüfuzunun və gücünün artması Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasəti ilə ayrılmaz şəkildə bağlıdır.

Z.Əliyev vurğulayıb ki, Vətən müharibəsinin hər günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

Natiqlər Türk dünyasında birlik və həmrəyliyin əhəmiyyətini qeyd etdilər, Türkiyə ilə Azərbaycanın sarsılmaz qardaşlığını vurğulayıblar.

Tədbir konsert proqramı və rəqs kollektivinin çıxışı ilə başa çatıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

İğdır

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
66
1
azertag.az

2Mənbələr