AZ

Yaponiya sahillərində zəlzələ qeydə alınıb

Bakı. Trend:

Yaponiya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verirki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumatyayıb.

Zəlzələnin episentri Miyako şəhərindən təxminən 127 kilometrşərqdə, yerin 19 kilometr dərinliyində yerləşib. Miyako şəhərindətəxminən 51 min nəfər yaşayır.

Hadisə nəticəsində tələfat və dağıntı barədə məlumat yoxdur,həmçinin sunami təhlükəsi elan edilməyib.

Seçilən
55
az.trend.az

1Mənbələr