AZ

Yaponiya sahillərində zəlzələ baş verib

BAKI, 9 noyabr. TELEQRAF

Yaponiya sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 51 mindən çox insanın yaşadığı Mİyako şəhərindən 127 kilometr aralıda qeydə alınıb. Yeraltı təkanların ocağı 37 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Seçilən
74
teleqraf.com

1Mənbələr