BAKI, 9 noyabr. TELEQRAF
Herat şəhərində Taliban qadınların hicabsız xəstəxanalara, idarələrə və digər dövlət müəssisələrinə daxil olmasını qadağan edib.
Teleqraf xəbər verir ki, bu barədə Khaama Press agentliyi məlumat yayıb.
Xəstəxanalara və xidmət mərkəzlərinə bütün qadın işçilər və ziyarətçilərin hicab geyinməsini məcburi etmək barədə göstəriş verilib. Bütün qadınlar baş örtüsü geyinməlidir.
Bundan əlavə, sürücülərə də qadınları hicabsız daşımamaq tapşırılıb. Qaydaları pozan sürücülər məsuliyyətə cəlb olunacaq.