AZ

Donald Tramp yeni stadionun adının öz adı ilə bağlı olmasını istəyir

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda tikilməsiplanlaşdırılan stadionun onun adı ilə adlandırılmasını istəyir.

Trend xəbər verirki, bu barədə ESPN məlumat yayıb.

Mənbələr bildiriblər ki, layihə Vaşinqtonun şərqində yerləşənRobert Kennedi stadionunun yerində tikiləcək qapalı idman arenasınıəhatə edir. Layihənin dəyəri təxminən 3,7 milyard dollar təşkiledəcək. Yeni stadionun 2030-cu ildə istifadəyə verilməsi və MilliFutbol Liqasının “Washington Commanders” komandasının ev meydançasıolması planlaşdırılır.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib: “Bu, gözəl birad olardı, çünki yeni stadionu mümkün edən Prezident Trampolub”.

Yeni stadionun Kolumbiya dairəsinə məxsus olması və arenanınadının müəyyənləşdirilməsi ilə bağlı son qərarın rəhbərliktərəfindən verilməsi gözlənilir.

Seçilən
57
az.trend.az

1Mənbələr