AZ

Antuan Qrizmann Messinin La Liqadakı rekordunu qırıb

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

"Atletiko"nun hücumçusu Antuan Qrizmann baş məşqçi Dieqo Simeonenin rəhbərliyi altında La Liqada 138-ci qolunu vurub. Hücumçu XII turda "Levante" üzərində 3-1 hesablı qələbə qazandıqları oyunda rəqibin qapısına iki qol vurub.

"Report" "SportsCenter"ə istinadən xəbər verir ki, Antuan Qrizmann bununla Xosep Qvardiolanın rəhbərliyi altında "Barselona"da 137 qol vuran argentinalı hücumçu Lionel Messinin rekordunu qırıb.

Futbolçunun "Atletiko" ilə müqaviləsi 2027-ci ilə qədərdir. O, bu mövsüm 19 oyun keçirib və altı qol vurub.

"Atletiko" hazırda La Liqada 25 xalla dördüncü yerdədir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
81
2
sherg.az

3Mənbələr