AZ

Stoltenberq: Əfqanıstandan çıxış NATO üçün ağır zərbə oldu

BAKI, 9 noyabr. TELEQRAF

NATO-ya üzv ölkələrin qoşunlarının Əfqanıstandan çıxarılması alyansın ən böyük məğlubiyyəti oldu.

Teleqraf xəbər verir ki, bu barədə NATO-nun keçmiş baş katibi Yens Stoltenberq deyib.

“Bu, NATO-nun ən böyük məğlubiyyətidir. Amma mən inanıram ki, Əfqanıstanı tərk etmək ağrılı da olsa, düzgün qərar idi, çünki çox insan əziyyət çəkdi. Biz azad, demokratik Əfqanıstan görmək istəyirdik, lakin reallıq ondan ibarətdir ki, NATO müttəfiqləri bunun baş verməsinin əvəzini ödəməyə hazır deyildik. Son 20 il ərzində öyrəndik ki, hərbi gücdən istifadə etməklə demokratik cəmiyyət qurmaq çox çətindir”, – deyə Stoltenberq bildirib.

Seçilən
45
teleqraf.com

1Mənbələr