AZ

Səudiyyə Ərəbistanına yenilən yığmamız İslamiadada mübarizəni dayandırdı

Azərbaycan millisi VI İslam həmrəyliyi Oyunlarında bu gün son matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, A qrupunda yer alan komandamız Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşıb.

Görüş təşkilatçı ölkə millisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da aktivində 3 xal olan Azərbaycan millisi mübarizəni dayandırıb.

Özbəkistan 1-ci, Səudiyyə ərəbistanı isə 2-ci yerin sahibi kimi yarımfinala vəsiqə qazanıb.

Seçilən
69
7
sportinfo.az

8Mənbələr