AZ

“Kəpəz” “Sabah”a, “Qarabağ” “Neftçi”yə qarşı

ain.az, Qol.az portalına istinadən məlumat verir.

Bu gün Misli Premyer Liqasında “Zəfər turu”na yekun vurulacaq. 

QOL.az xəbər verir ki, bu tur Vətən Müharibəsindəki qələbəmizin 5-ci ildönümünə görə "Zəfər turu" adlandırılıb. Bütün oyunlar isə rəmzi olaraq hər saatın 44-cü dəqiqəsində başlanılıb.

Bu günə 11-ci turun son iki matçı nəzərdə tutulub. 

Əvvəlcə “Kəpəz” “Sabah”la üz-üzə gələcək. Gəncə klubu hazırda 3 xalla turnir cədvəlində sonuncudur. Paytaxt təmsilçisi isə 18 xalla altıncı yeri tutur. “Sabah” bu matçda qələbə qazansa, turnir cədvəlində ikinci pilləyə yüksələ bilər. 

Turun son matçında isə Azərbaycan derbisi baş tutacaq. Çempion “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Ağdam klubu əzəli rəqibini məğlub etsə, yenidən liderliyə yüksələcək. 

9 noyabr (bazar)

15:44. “Kəpəz” - “Sabah”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rahil Ramazanov, İslam Məmmədov

VAR: Kamal Umudlu

AVAR: Müslüm Əliyev

Qəbələ şəhər stadionu

18:44. “Qarabağ” - “Neftçi”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov

VAR: Fərid Hacıyev

AVAR: Rəhman İmami

“Azersun Arena”

7 noyabr (cümə)

“Şamaxı” - “İmişli” - 1:0

“Qəbələ” - “Sumqayıt” - 0:2

8 noyabr (şənbə)

“Araz-Naxçıvan” - “Karvan-Yevlax” - 2:1

“Zirə” - “Turan Tovuz” - 0:0

Bombardirlər: 

Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 6 qol

Coy-Lens Mikels ("Sabah") - 5 qol

Bassala Sambu ("Neftçi") - 4 qol

Aleksandr Ramalinqom ("Sumqayıt") - 4 qol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
8
qol.az

10Mənbələr