AZ

Tiftikləri asanlıqla təmizləyən üsul yeni kimi görünəcək

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Soyuq havalarda tez-tez geyinilən yun sviterlər sürtünmə nəticəsində qısa müddətdə tiftiklənə bilir. Əsasən qolaltı, yan hissələr və kürək bölgəsində yaranan bu tiftiklər həm paltarın görünüşünü korlayır, həm də keyfiyyətini aşağı salır.

Milli.Az xəbər verir ki, düzgün üsullarla paltarları yenidən ilk günkü kimi etmək mümkündür.

Ülgüc üsulu

Tiftikləri təmizləməyin ən çox istifadə edilən və təsirli yollarından biri təraş bıçağıdır. Quru sviterin üzərində yüngül hərəkətlərlə ülgüc keçirmək, səthdəki artıq tükləri toplamağa kömək edir. Burada əsas diqqət edilməli məqam bıçağı güclə basmamaqdır, əks halda parça zədələnə bilər.

Bundan başqa, xüsusi tiftik təmizləyici cihazlar da çox effektiv nəticə verir. Elektrikli modellər, xüsusilə qalın toxunmuş sviterlərdə qısa zamanda paltarı səliqəyə salır.

Yapışqan rulon və banddan istifadə

Ev şəraitində cihaz yoxdursa, yapışqanlı rulon və ya sadə yapışqan band da kömək edə bilər. Paltar üzərinə yumşaq şəkildə yapışdırılıb qaldırıldıqda, tiftiklər dərhal toplana bilir.

Daha təbii üsul istəyənlər üçün isə sirkə və yumşaldıcı qarışığı ilə yuma məsləhət görülür. Bu üsul lifləri yumşaldır və yeni tiftik yaranmasının qarşısını alır.

yun paltarları yuyarkən onları tərsinə çevirib yumaq, həmçinin aşağı dövrədə qurulamaq tiftiklənməni xeyli azaldır. Paltarların dolabda sıx şəkildə saxlanmaması da sürtünməni azaltaraq materialın formasını qoruyur.Lalə Qüdrətova

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
2
news.milli.az

10Mənbələr