AZ

ABŞ-də polis zabiti xidməti silahı ilə vurularaq öldürülüb

Bakı. Trend:

ABŞ-nin Mayami dairəsinin şerif müavini Devin Xaramillo xidmətisilahı ilə vurularaq həlak olub.

Trend xəbər verirki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.

İlkin məlumata görə, polis əməkdaşı yol qəzası ilə bağlıçağırışa cavab verərkən şübhəli şəxs ilə mübahisə edib. Mübahisəqarşıdurmaya çevrilib və həmin vaxt şübhəli Xaramillonun xidmətisilahını ələ keçirərək ona atəş açıb.

Ağır yaralanan zabit xəstəxanaya çatdırılsa da, həkimlərinsəylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra 21 yaşlı şübhəli – Stiven Devid Rastriyanavtomobilinə minərək intihar edib.

Faktla bağlı araşdırma Mayami Şerif Ofisinin cinayət bölməsitərəfindən aparılır.

Seçilən
72
az.trend.az

1Mənbələr