AZ

İran mollaları bütpərəstliyə keçir: Sasani hökmdarı qarşısında diz çökən Roma imperatoru

 

 
  •  
  •  
  •  

İslam Respublikasının rəsmi dairələri dünən Tehranın ən mühüm meydanlarından olan İnqilab meydanında yeni bir monumental kompozisiyanı təqdim edib.

Musavat.com xəbər verir ki, meydanda III əsrə aid dramatik səhnəni əbədiləşdirən heykəl qurulub: Roma imperatoru Valerian diz çökərək Sasani imperiyasının hökmdarı Şapurun qarşısında təslim olur.

Bununla yanaşı, İnqilab Keşikçiləri Korpusunun döyüşçüsü ilə qədim fars döyüşçüsünü birləşdirən yeni işarə də açılıb. Kompozisiyada hər iki döyüşçü eyni nizəni birgə tutur, bu da keçmişlə bu günün "vahid güc" kimi təqdim edilməsinə xidmət edir.

İsraillə müharibənin başlanmasından sonra rəsmi Tehran milli kimlik xəttini gücləndirmək üçün islamqabağı tarixi simvollardan geniş şəkildə istifadə edir. Bir zamanlar qəbulolunmaz sayılan bu yanaşma indi dövlət ideoloji xəttinin əsas elementlərindən birinə çevrilib.

 

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
1
olaylar.az

2Mənbələr