"Tarixi epoxada Bayraq hər bir xalq üçün müqəddəs olub, İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla, müqəddəs varlıq kimi yanaşıblar. Çünki Bayraq bir ölkənin, bir quruluşun, bir dövlətin mövcudluğu, varlığı mənasını daşıyır. Bu gün üçrəngli bayrağımız şəhidlərimizin canı, qazilərimizin qanı bahasına azad Qarabağda dalğalanır. Qürurvericidir! Üçrəngli bayrağımız bizə həm də keçmişimizi, keçmişdən dərs çıxarmağı xatırladır, gələcəyə isə inam verir. Onu ucaltmaq isə hər birimizin vətəndaş borcudur."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31