AZ

Taylandda turist avtobusu aşıb

Taylandın şimalındakı Lampanq əyalətində xarici turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 12 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Day.Az xəbər verir ki, bu barədə "Matchon" qəzeti məlumat yayıb.

Hadisə noyabrın 8-i axşam saatlarında baş verib. Çianqmaydan Banqkoka hərəkət edən avtobusda 38 sərnişin olub. Yaralılar dərhal xəstəxanaya çatdırılıb, ikisinin vəziyyəti ağır qiymətləndirilir.

 

Məlumata görə, avtobusda olan sərnişinlərin əksəriyyəti ərəb ölkələrindən olan xarici vətəndaşlardır.

Hazırda polis hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparır.

Seçilən
24
2
day.az

5Mənbələr