AZ

Filippində baş verən "Kalmaeqi" tayfunu nəticəsində ölənlərin sayı 224-ə çatıb

Bakı. Trend:

Filippində baş verən "Kalmaeqi" tayfunu nəticəsində ölənlərinsayı 188-dən 224-ə yüksəlib, 109 nəfər isə də itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə "GMA News" televiziya kanalıölkənin Mülki Müdafiə İdarəsinə istinadən xəbər verib.

Şiddətli yağışların şəhər küçələrini su basdığı ​​Sebu adasında158 nəfərin öldüyü təsdiqlənib. Ölkədə ümumilikdə 526 nəfəryaralanıb, yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətindəqalıb.

53 yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edilib.

Seçilən
60
1
az.trend.az

2Mənbələr