AZ

Mahir 9 turdan sonra forma geydi, zədələndi

2-ci bundesliqada 12-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Mahir Emrelinin formasını geydiyi “Kayzerslautern” öz meydanında “Herta”nı qəbul edib.

Mahir də bu görüşün iştirakçısı olub. Matça ehtiyat oyunçular skamyasından başlayan Emreli 63-cü dəqiqədə Daniel Hanslikin əvəzinə meydana çıxıb. Bununla hücumçu 9 turdan sonra forma şansı qazanıb. Emreli sonuncu dəfə 3-cü turda “Elversberq”lə matçda meydana çıxmışdı. Lakin Mahirin qayıdışı uğurlu alınmayıb. O, zədələndiyi üçün 77-ci dəqiqədə Riçmond Taçie ilə əvəzlənib.

Matç “Kayzerslautern”in 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Komanda 20 xalla yeddinci sıradadı.

Seçilən
13
4
football-plus.az

6Mənbələr