AZ

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

9

Azərbaycan Respublikasının Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilib və qısa müddətdə milli dövlətçiliyin əsas simvollarından birinə çevrilib1920-ci ilə qədər dövlət statusunu qoruyan bu bayraq, 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında yenidən qaldırılıb1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti onu rəsmi dövlət bayrağı kimi təsdiq etmiş, həmin ilin oktyabrında qəbul edilən Konstitusiya Aktı ilə Azərbaycan bu bayrağı Xalq Cümhuriyyətinin hüquqi varisi kimi bərpa edib.Bayrağımız, müstəqilliyin bərqərar olması ilə dövlətimizin suverenliyini və ideoloji əsaslarını təcəssüm etdirən ali rəmzlərdən birinə çevrilib. Üçrəngli bayrağın rəngləri - mavi türklüyü, qırmızı müasirliyi və yaşıl isə islam sivilizasiyasına mənsubiyyətimizi ifadə edir. Bu konsepsiyanın müəllifi olan Əli bəy Hüseynzadənin “türkçülük, islamçılıq və müasirlik” formulu müstəqil Azərbaycanın ideoloji əsasını təşkil edir.2004-cü ildə “Azərbaycan Respublikasının Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunla bayraqla bağlı hüquqi əsaslar möhkəmləndirilib. Bayraq bu gün respublikamızın dövlət orqanları, diplomatik nümayəndəlikləri, beynəlxalq tədbirlər və rəsmi mərasimlərdə milli qürurun göstəricisi kimi dalğalanır. 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə Bakıda açılmış Dövlət Bayrağı Meydanı isə bu rəmzin əhəmiyyətini daha da ön plana çıxarırMeydanda yerləşən bayraq dirəyi 162 metr hündürlüyü ilə dünyanın ən uca bayraq dirəklərindən biridir. Burada həmçinin Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi əks olunub, Dövlət Bayrağı Muzeyi yaradılıb. Bu gün – 9 noyabr, Azərbaycan xalqı tərəfindən Dövlət Bayrağı Günü kimi böyük iftixar və vətənpərvərlik ruhu ilə qeyd olunur.Ulusum.az / R.İkramlı

Diqqət Çəkənlər

Şair-qiraətçi Müşfiqə Baləddin "Atam nə vaxt gələcək?"... VİDEO

Zəfərin Tarixi: 8 Noyabr VİDEO

Zaur Kərimlidən Zəfər Gününə həsr olunmuş “Vətənim” ifası VİDEO

Seçilən
28
ulusum.az

1Mənbələr