AZ

ABŞ-nin İllinoys Universitetində Azərbaycanın Zəfər Günü ilə bağlı tədbir keçirilib - FOTO

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin əməkdaşları İllinoys Urbana-Şampeyn Universitetində 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib.
 
Moderator.az "Report"a istinadla xəbər verir ki, tədbirdə İllinoys Universitetinin professor, müəllim və tələbə heyəti, Orta Qərbi Amerikanın Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov və Mərkəzin üzvləri və Çikaqoda yaşayan həmvətənlərimiz iştirak ediblər.
 
Tədbirdə açılış nitqi ilə çıxış edən səfirliyin əməkdaşı Ramel Lətifov qeyd edib ki, 8 Noyabr tarixi hər bir azərbaycanlı üçün dərin məna daşıyır: "Bu tarix Şuşa şəhərinin işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası günüdür. Bu gün xalqımızın möhkəmliyini və birliyini simvolizə edir, sülh, suverenlik və ədalət uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini ehtiramla anırıq".
 
R.Lətifov səfirlik adından Orta Qərbi Amerikanın Azərbaycan Mərkəzinə, Azərbaycan Tələbə Assosiyasiyasına, İllinoys Urbana-Şampeyn Universitetinə, tələbələrimizə və bu bayramın keçirilməsinə şərait yaradan hər kəsə təşəkkür edib.
Seçilən
17
9
moderator.az

10Mənbələr