AZ

ABŞ yox, biz Rusiya ilə danışmalıyıq, çünki... Rama

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avropa Birliyi Rusiya ilə dialoqa girməlidir. Çünki ABŞ artıq etibarlı tərəfdaş olmaqdan çıxıb.

Axar.az xəbər verir ki, bu sözləri Albaniyanın Baş naziri Edi Rama bildirib.

"Söhbət Avropa Birliyindən gedirsə, mən hesab edirəm ki, AB Rusiya ilə danışmalı və xarici siyasətini Vaşinqtona təhvil verməyə davam etməməlidir. Axı Rusiya ABŞ-ın yox, Avropa Birliyinin qonşusudur. Biz isə qonşularımızla danışmalıyıq", - baş nazir deyib.

O həmçinin qeyd edib ki, Albaniya və Rusiya arasında xüsusi tarixi səbəblərə görə yaxın əlaqələr yoxdur. 35 il ərzində iki ölkə arasında rəsmi dövlət səfəri baş verməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
axar.az

1Mənbələr